Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul olub

ID:

26.05.2023 21:35 / SİYASƏT

Foto : AZƏRTAC / Arif Quluzadə

Mayın 26-da Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, icra və qanunvericilik orqanlarının rəhbərləri, Gürcüstandan dəvət olunmuş yüksəkvəzifəli qonaqlar, ölkədə akkreditə olunmuş diplomatik heyətin nümayəndələri və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.