Dekabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə "Azərbaycanın inkişaf modeli: "Dünən, bu gün və sabah" mövzusunda konfrans keçirilir.
×

AZƏRTAC xəbər verir ki, konfrans Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevlə bağlı sənədli filmin nümayişi ilə başlayıb.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini - YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov konfransda çıxış edərək dünya miqyaslı görkəmli siyasətçi, Prezident İlham Əliyevin fəaliyyətindən söz açıb. Azərbaycan Respublikasının bugünkü inkişafının təməlinin müstəqil dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Deyib ki, prezidentliyi dövründə Azərbaycanın iqtisadi inkişafını təmin edən dövlətimizin başçısı mürəkkəb geosiyasi məqamlarda da fundamental əsaslara söykənən dövlət siyasətinə sadiq olub. Qeyd edib ki, ölkəmizin başlıca problemini - ərazi bütövlüyünü təmin edən siyasət nəticəsində ötən il Vətən müharibəsindən sonra xalqımızın 30 illik mənəvi iztirablarına son qoyulub.
Konfransda Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynlinin "Azərbaycanda dövlət quruculuğu" mövzusunda məruzəsi dinlənilib.