Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

AZƏRTAC Yaponiya-Azərbaycan Dostluq ilinə informasiya dəstəyi göstərəcək

ID:

13.01.2021 16:25 / SİYASƏT

Foto : AZƏRTAC / Rəşad Mehdiyev

AZƏRTAC Yaponiyanın Azərbaycandakı səfirliyi ilə birlikdə Yaponiya-Azərbaycan Dostluq ilinə informasiya dəstəyi göstərəcək.

Bu və ikitərəfli əməkdaşlığın digər məsələləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçinin görüşündə müzakirə olunub.