Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

AZƏRTAC və Konfutsi İnstitutu birgə layihələri davam etdirəcək

ID:

22.12.2022 17:35 / SİYASƏT

Foto : AZƏRTAC / Roman İsmayılov

AZƏRTAC və Konfutsi İnstitutu yeni birgə layihələr həyata keçirməyi planlaşdırır.

Bununla bağlı danışıqlar AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev ilə Konfutsi İnstitutunun direktoru Vang Haoqiang arasında keçirilən görüşdə aparılıb.