Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

AZƏRTAC və Anadolu agentlikləri arasında əməkdaşlıq yeni müstəviyə keçir

ID:

15.06.2021 20:05 / SİYASƏT

Foto : AZƏRTAC / Roman İsmayılov

İyunun 15-də qardaş Türkiyənin aparıcı Anadolu Agentliyinin baş direktoru Serdar Karagöz AZƏRTAC-da olub.

Əvvəlcə Serdar Karagöz və AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov Kəlbəcərdə mina partlayışı nəticəsində həyatlarını itirən AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimova və Azərbaycan Televiziyasının operatoru Sirac Abışova həsr olunan guşəni ziyarət edərək şəhid jurnalistlərin xatirəsini ehtiramla yad ediblər.