Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

AZƏRTAC, Çin səfirliyi və Konfutsi İnstitutunun birgə təşkil etdiyi rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

ID:

27.05.2022 15:55 / SİYASƏT

Foto : AZƏRTAC / Arif Quluzadə

Çin ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş müsabiqəyə təqdim olunan rəsmlər dostluğa, sülhə, birgə inkişafa çağırışın ifadəsidir

Mayın 27-də AZƏRTAC-ın inzibati binasında Çin ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş “Dostluq və gələcək” mövzusunda rəsm müsabiqəsinin mükafatlandırma mərasimi və səyyar sərginin açılışı keçirilib.