Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan-Qazaxıstan Ekspert Şurasının üçüncü iclası keçirilib

ID:

13.03.2024 19:45 / SİYASƏT

Foto : AZƏRTAC / Nicat Əlili

Martın 13-də Azərbaycan-Qazaxıstan Ekspert Şurasının üçüncü iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan və Qazaxıstan arasında ikitərəfli siyasi dialoqun yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.