Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün bölgədə son vəziyyətə dair brifinq keçirilib

ID:

20.09.2023 20:25 / SİYASƏT

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Sentyabrın 20-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər nazirinin müavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilib.