Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan Zod yatağını istismar edən şirkətə qarşı Avropada məhkəmə iddiası qaldıracaq

ID:

21.09.2021 14:45 / SİYASƏT

Foto : AZƏRTAC / Arif Quluzadə

Azərbaycan hökuməti Avropa İnsan Haqları Məhkəməsinə Ermənistanla bağlı bir neçə iddia hazırlayır.

AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda brifinqdə sualları cavablandıran Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.