Milli Məclisin sədri Sahibə Qafarova və ölkəmizdə səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç ikitərəfli görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər.
×
Milli Məclisin sədri Sahibə Qafarova və ölkəmizdə səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç ikitərəfli görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, S.Qafarova Milli Assambleya sədrinin səfərini ölkələrimiz və parlamentlərimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi adlandırıb. Onun sözlərinə görə, bu, eyni zamanda, əməkdaşlığı daha da genişləndirmək niyyətinin ifadəsidir.
Ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək ardıcıl inkişafından məmnunluğunu bildirən Sahibə Qafarova deyib ki, siyasi, iqtisadi, ticari, enerji və humanitar sahələrdə əməkdaşlığımız gündən-günə genişlənir. Eyni zamanda, bir sıra istiqamətlərdə də əlaqələrin daha da genişlənməsi üçün yaxşı imkanlar var.
Milli Məclisin sədri qeyd edib ki, Prezident İlham Əliyevin və Prezident Aleksandar Vuçiçin qarşılıqlı səfərləri, müntəzəm görüşləri, dostluq münasibətləri ikitərəfli və çoxtərəfli əlaqələrimizin inkişafında xüsusi rola malikdir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanla Serbiya arasında dostluq əlaqələri təkcə ikitərəfli münasibətlər baxımından deyil, eyni zamanda, regional müstəvidə Balkan və Qafqaz regionları arasında əməkdaşlığın inkişafına təkan verilməsi baxımından da çox vacib xarakter daşıyır.