Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan ilə Kamboca arasında diplomatik pasportlara malik şəxslər viza tələbindən azad edilib

ID:

11.10.2022 12:30 / SİYASƏT

Foto : AZƏRTAC / Azer Ibrahimov

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında diplomatik pasportlara malik şəxslər viza tələbindən azad edilib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin oktyabrın 11-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.