Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüm oldu. Görüşdə biz yüksək səviyyədə olan qarşılıqlı iqtisadi və siyasi əlaqələri müzakirə etdik.
×
Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüm oldu. Görüşdə biz yüksək səviyyədə olan qarşılıqlı iqtisadi və siyasi əlaqələri müzakirə etdik.
AZƏRTAC xəbər verir ki, bunu Latviya Prezidenti Egils Levits X Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib: “Azərbaycan Avropa İttifaqının vacib və etibarlı tərəfdaşıdır. Xüsusilə də enerji təchizatı məsələsində Azərbaycanın rolunu qeyd etməliyəm. Biz Latviya ilə Azərbaycan arasında əlaqələrimizin inkişafı üçün addımlar atmağa davam edəcəyik. Avropa İttifaqı enerji təhlükəsizliyimizin təminatı üçün yeni təchizatçılar axtarır. Avropa İttifaqı ilə Azərbaycan arasında bu istiqamətdə əlaqələr yüksək səviyyədədir”.