Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

ID:

11.03.2026 14:50 / SİYASƏT

Foto : AZƏRTAC / Orxan Kərimov

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.