Avqustun 30-u dünyada itkin düşmüş şəxslərin anım günüdür. Beynəlxalq Qırmızı Xaç Komitəsinin vəzifəsi itkin insanları tapıb ailələrinə qovuşdurmaqdır.
×
Avqustun 30-u dünyada itkin düşmüş şəxslərin anım günüdür. Beynəlxalq Qırmızı Xaç Komitəsinin vəzifəsi itkin insanları tapıb ailələrinə qovuşdurmaqdır. Komitəmizin axtarış şöbəsi yaxınlarını itirmiş insanlara yardım edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanda nümayəndəsi Arian Bauer avqustun 30-da Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı keçirilən konfransda deyib.
Arian Bauer deyib: "İtkin düşən insanların yaxınlarının və qohumlarının gözü yoldadır. Biz onları qovuşdurmaq üçün səylərimizi əsirgəmirik.
Azərbaycan hökumətini humanist davranışlarına görə təqdir edirik. Çünki Azərbaycan hökuməti öz üzərinə düşən öhdəliyi layiqincə və humanizm prinsipləri əsasında yerinə yetirir və Beynəlxalq Qırmızı Xaç Komitəsinin işinə kömək edir".