Azərbaycan enerji təhlükəsizliyi sahəsində böyük addımlar atıb. Bu sahədə Azərbaycan özünü xeyli təkmilləşdirib.
×
Azərbaycan enerji təhlükəsizliyi sahəsində böyük addımlar atıb. Bu sahədə Azərbaycan özünü xeyli təkmilləşdirib.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ-nin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan enerji təhlükəsizliyi və Azərbaycanın roluna dair dəyirmi masada Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin tədqiqatçısı və böyük elmi işçisi Conatan Elkind deyib.
O qeyd edib ki, Avropanın enerji sahəsində Azərbaycana ehtiyacı böyükdür. Avropa ölkələrinin enerji təminatında Azərbaycanın əhəmiyyətli rol oynamasına baxmayaraq, mövcud beynəlxalq vəziyyəti nəzərə alsaq, Avropa ölkələrinin daha çox enerjiyə ehtiyacı var.