Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Ali nümayəndə: Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır

ID:

25.04.2025 14:15 / SİYASƏT

Foto : AZƏRTAC / İlqar Cəfərov

Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır.

AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla aprelin 25-də keçirdiyi birgə mətbuat konfransında deyib.