Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Albaniyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

ID:

08.12.2022 15:50 / SİYASƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

Albaniyanın Baş naziri Edi Ramanın Azərbaycan Respublikasına işgüzar səfəri dekabrın 8-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.