Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Albaniya Prezidenti Bayram Beqay Azərbaycana rəsmi səfərə gəlib

ID:

06.07.2023 16:10 / SİYASƏT

Foto : AZƏRTAC /Arif Quluzade

Albaniya Respublikasının Prezidenti Bayram Beqay iyulun 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.