Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Aksiyanın dördüncü günü: etirazçıların tələbləri dəyişməz qalır

ID:

15.12.2022 11:20 / SİYASƏT

Foto : AZƏRTAC / Ilkin Cavansirov

Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasını, Qızılbulaq qızıl yatağında və Dəmirli mis-molibden yatağında monitorinq aparılmasının təmin olunmasını tələb edən Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, fəalların və könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyası dördüncü gündür ki, davam edir.