Oktyabrın 10-da ADA Universitetində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə imtahandan keçmiş Stajçı-Attaşelər üçün Xarici Siyasət Proqramı (AFSP- Advanced Foreign Service Proqram) təliminin açılış sessiyası keçirilib.
×
Oktyabrın 10-da ADA Universitetində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə imtahandan keçmiş Stajçı-Attaşelər üçün Xarici Siyasət Proqramı (AFSP- Advanced Foreign Service Proqram) təliminin açılış sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə gənc diplomatların seçilməsi üçün çox böyük işlərin görüldüyünü deyib. O bildirib ki, seçim prosesi ciddi meyarlarla həyata keçirilib. Altı ay ərzində davam edən təlimlər gənc diplomatlara yeni bilik və bacarıqlar qazandıracaq.
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bu təlimin ölkəmizin xarici siyasət fəaliyyətinə və Xarici İşlər Nazirliyinin işinə böyük töhfə verəcəyinə əminliyini ifadə edib. Qeyd edib ki, beynəlxalq münasibətlərdə diplomatların üzərinə böyük məsuliyyət düşür.
Elnur Məmmədov, həmçinin 44 günlük Vətən müharibəsi və regionda yaranmış vəziyyət barədə danışıb. O bildirib ki, Azərbaycan üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirməyə davam edir. Azad olunmuş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya işləri həyata keçirilir. Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan qalib ölkə olaraq qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif edib. Bütün bunlara baxmayaraq, Ermənistan təcavüzkar əməllərini, ölkəmizə qarşı ərazi iddialarını davam etdirir.
“Biz müstəqillik, suverenlik və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıyıq”, - deyə nazir müavini vurğulayıb