Fevralın 7-də ölkəmizdə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçirilir.
AZƏRTAC xəbər verir ki, Bakının 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının (DSK) seçki dairəsi tərkibinə daxil olan məntəqələrdə səsvermənin ilk saatlarından etibarən xüsusi canlanma müşahidə olunur.
×

Bu seçki dairəsində də qanunvericiliyin tələbinə uyğun olaraq məntəqə səhər saat 08:00-də açılıb. Seçicilər yüksək fəallıq nümayiş etdirir, istədikləri namizədlərə sərbəst şəkildə səs verirlər.
7 saylı Səbail seçki dairəsinin 10 saylı seçki məntəqəsinin sədri Lalə Əliyeva AZƏRTAC-a müsahibəsində seçkinin keçirildiyi 132-134 nömrəli təhsil kompleksində səsvermə üçün yüksək səviyyədə şəraitin yaradıldığını deyib.
O, hələlik dairə seçki komissiyasına qanun pozuntusu barədə heç bir məlumat, şikayət daxil olmadığını bildirib.
Onun sözlərinə görə, saat 10-a olan məlumata əsasən məntəqə üzrə 152 nəfər istədikləri namizədə səs verib. Bu məntəqədə səsvermənin gedişini indiyədək 30-a yaxın beynəlxalq müşahidəçi izləyib və onlar məntəqəyə gəlməkdə davam edirlər. Məntəqədə veb-kamera quraşdırılıb.
Lalə Əliyeva deyib ki, bu məntəqədə qeydə alınan seçicilərdən 30 nəfəri ilk dəfə səs verir, 12 nəfər qeydiyyat vəsiqəsi alıb.
“Sağlamlıq imkanları məhdud və xəstə olan seçicilərin sayı 30 nəfərdir. Seçki məntəqəsinə gələ bilməyən bu qəbildən insanların rahat səs verə bilmələri üçün evlərə daşınan qutular aparılacaq”, - deyə L.Əliyeva diqqətə çatdırıb.