Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən Azərbaycan, Türkiyə və Gürcüstan arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təlimlərinə dair Anlaşma Memorandumunu təsdiq edib.
×
Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən Azərbaycan, Türkiyə və Gürcüstan arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təlimlərinə dair Anlaşma Memorandumunu təsdiq edib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin aprelin 12-də keçirilən plenar iclasının gündəliyində müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, tərəflər Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün dövlətdaxili hüquqi prosedurların başa çatması barədə depozitariyə yazılı olaraq məlumat verirlər. Bu Anlaşma Memorandumu tərəfləri onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili hüquqi prosedurlarını tamamladığını bir-birinə diplomatik kanallar vasitəsilə bildirdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Anlaşma Memorandumu bir il müddətinə qüvvədə qalır və tərəflərdən birinin digərinə Anlaşma Memorandumunun müddətinin bitməsindən 30 gün əvvəl diplomatik kanallar vasitəsilə onu ləğv etmək niyyəti barədə yazılı olaraq bildiriş vermədiyi təqdirdə, avtomatik olaraq sonrakı 1 illik müddətinə uzadılır. Bu Anlaşma Memorandumu bildirişin alındığı tarixdən 30 gün sonra ləğv edilir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təlimlərinə dair” Anlaşma Memorandumu 2019-cu il oktyabrın 10-da Bakı şəhərində imzalanıb.