Prezident İlham Əliyev qarşıya qoyulan məqsədə çatmaq, yəni ölkəsinin ərazi bütövlüyünü bərpa etmək üçün mükəmməl siyasət həyata keçirdi, çoxlarının edə bilmədiyini bacardı.
×
Prezident İlham Əliyev qarşıya qoyulan məqsədə çatmaq, yəni ölkəsinin ərazi bütövlüyünü bərpa etmək üçün mükəmməl siyasət həyata keçirdi, çoxlarının edə bilmədiyini bacardı. Bununla da Azərbaycan Prezidenti adını dünyanın məşhur siyasətçilərinin siyahısına yazdırdı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko noyabrın 12-də “10 noyabr razılaşması: Cənubi Qafqazda sülh üçün əsas” mövzusunda BMTM-də keçirilən müzakirələr zamanı bildirib.
Rusiyalı ekspert bildirib ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatına başlaması və müharibənin ilk günlərindən cəbhədə üstünlük qazanması Ermənistanda şok effekti yaratdı. Orduda başıpozuqluq baş alıb gedirdi, fərarilərin sayı artmaqda davam edirdi. Azərbaycanda isə gənclər döyüş meydanında yaralansa da, səngəri tərk etmək istəmirdilər. Ekspert vurğulayıb ki, Azərbaycanın Zəfəri güclü dövlət-xalq-ordu birliyini ortaya qoydu.