Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“Media haqqında” qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda təsdiqlənib

ID:

20.12.2021 16:55 / SİYASƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Milli Məclisin dekabrın 20-də keçirilən iclasında “Media haqqında” qanun layihəsi ikinci oxunuşda təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bu sənəd Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.