Qardaş Türkiyədən bir qrup sahibkar xanım Azərbaycana investisiya yatırmaqda maraqlıdır. Zəfər bayramı ərəfəsində ölkəmizə gələn iş adamları sərmayə qoymaq üçün əlverişli iqtisadi mühitdən yararlanacaqlar.
×

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zenfira Ağayeva jurnalistlərə müsahibəsində söyləyib.
Z.Ağayeva bildirib ki, Qarabağda müxtəlif sahələr üzrə işlərin görülməsinə ehtiyac var. Bu məqsədlə Türkiyədən gələn iş adamları tekstil, səhiyyə, təhsil və müxtəlif sahələr üzrə xidmətlər göstərəcəklər.
“Əsas məqsəd ölkələrimiz arasında əməkdaşlıq və investisiyanı inkişaf etdirməkdir. Birliyimizə hazırda Rumıniyadan, Özbəkistandan da təkliflər gəlib və onlar da öz növbəsində Qarabağa investisiya yatırmaq niyyətindədirlər”, - deyə İB sədri vurğulayıb.