Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Zəfər Günündə son qərinənin qəhrəmanları minnətdarlıqla anılır

ID:

08.11.2024 10:00 / CƏMİYYƏT

Foto : AZƏRTAC

Dörd il əvvəl - 2020-ci ilin sentyabrında Azərbaycana payız bir başqa cür gəldi. Payızın ətrini barıt qoxusu əvəz etdi, göydən yağış deyil, güllələr, mərmilər yağmağa başladı, gənclər evlərinə deyil, cəbhəyə doğru yol almağa, yurd-yuvasını itirənlər öz doğma ocaqlarına tələsməyə başladılar.