Azərbaycanda artıq 10 milyon əhali sığortalanıb və Xidmətlər Zərfi 3 dəfə genişləndirilib. Bizim əsas məqsədimiz tibbi xidmətləri əhaliyə əlçatan etməkdir.
×
Azərbaycanda artıq 10 milyon əhali sığortalanıb və Xidmətlər Zərfi 3 dəfə genişləndirilib. Bizim əsas məqsədimiz tibbi xidmətləri əhaliyə əlçatan etməkdir.
AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
O qeyd edib ki, Xidmətlər Zərfi çərçivəsində 100 milyondan çox tibbi xidmət göstərilib, 111-dən çox özəl tibb müəssisələri ilə müqavilə bağlanıb. Həkimlərə müasir tibbi avadanlıqlar təhvil verilib. Bunlar hamısı vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaqdır.
Hazırda Xidmətlər Zərfində yer alan tibbi xidmətlərin sayı 3 min 315-ə çatıb.