"Made in Azerbaijan" brendinin təşviqi, yerli məhsulların xarici bazarlarda daha çox tanıdılması, eləcə də ixracın və istehsalın stimullaşdırılması məqsədilə tədbirlər davam etdiriləcək.
×
"Made in Azerbaijan" brendinin təşviqi, yerli məhsulların xarici bazarlarda daha çox tanıdılması, eləcə də ixracın və istehsalın stimullaşdırılması məqsədilə tədbirlər davam etdiriləcək. Belə ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan şirkətlərinin müxtəlif beynəlxalq sərgilərdə iştirakı, həmçinin məhsullarımızın "Made in Azerbaijan" vahid ölkə stendində nümayişi, bəzi ölkələrə ixrac missiyalarının təşkili nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPOMO) rəhbəri Yusif Abdullayev 2022-ci ilin yekunlarına və 2023-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransında deyib.
“Bununla yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir neçə ölkənin Azərbaycana alıcı missiyası təşkil olunacaq. Qeyri-neft sektorunun inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi, yerli məhsulların xarici bazarlarda satışının artırılması istiqamətində işlər davam etdiriləcək. Cari ildə Türkiyə, Yaponiya, Qətər, İsrail və digər ölkələrdə "Investment Roadshow" formatında tədbirlər də keçiriləcək, - deyə Y.Abdullayev qeyd edib.