Ötən il yük avtomobillərinin Rusiyaya girişi üçün 11 min 400 icazə alınıb. Cari ildə isə 20 min icazənin alınması gözlənilir.
×
Ötən il yük avtomobillərinin Rusiyaya girişi üçün 11 min 400 icazə alınıb. Cari ildə isə 20 min icazənin alınması gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yanvarın 24-də keçirilən iclasında deyib.
O, həmçinin bildirib ki, Rusiyaya malların 80 faizini azərbaycanlılar, 20 faizini isə ruslar daşıyırlar. Eyni zamanda, Türkiyədən Rusiyaya aparılan yüklərin 30 faizini azərbaycanlılar daşıyırlar.