Bakı Şəhər Halqasında (BŞH) 10-cu yubiley Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əsas yarışın startından əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib.
×
Bakı Şəhər Halqasında (BŞH) 10-cu yubiley Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əsas yarışın startından əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib. Himni Azərbaycanın Xalq artisti, dünyaşöhrətli tenor Yusif Eyvazov ifa edib.
Emosional ifanın son notlarından sonra diqqətlər yenidən ulduz pilotlara yönəlib. Artıq səhnə və mübarizə onlarındır.
Bir neçə saat sonra yubiley Azərbaycan Qran-Prisinin qalibi bəlli olacaq.
51 dövrəlik gərgin mübarizənin sonunda pilotlardan biri podiumun ən yüksək pilləsinə qalxaraq Formula 1 Azərbaycan Qran-Prisinin əsas kubokunu başı üzərinə qaldıracaq.
Bu kubok isə adi mükafat deyil. Onun dizaynında alov obrazı əks olunub. Bu element Azərbaycanın “Odlar Yurdu” kimi tanınmasını simvolizə edir.
Kubokun yan hissələrində Azərbaycan xalçaçılıq ənənələrindən ilhamlanan naxışlara da yer verilib. Beləliklə, Formula 1-in dinamikası Azərbaycanın zəngin milli irsi ilə bir araya gətirilərək kubokun dizaynında öz əksini tapıb.