Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turniri start götürüb

ID:

26.09.2026 17:55 / İDMAN

Foto- Səfiyar Məcnun

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş V minifutbol turnirinin açılış mərasimi keçirilib

AZƏRTAC xəbər verir ki, Müstəqilliyin Bərpası Günü və Zəfər Günü münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həsr edilən və noyabrın 15-dək həvəskar komandalar arasında davam edəcək ənənəvi minifutbol turnirinin açılış mərasimi Bakı Tennis Akademiyasının stadionunda təşkil olunub.