Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Yeni tikilən binalardakı mənzillərə çıxarış verilməsi davam etdirilir

ID:

23.07.2020 11:00 / İQTİSADİYYAT

Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanın imzalandığı gündən indiyədək istismarına icazə verilmiş, müxtəlif mənzil-tikinti kooperativlərinin (MTK) inşa etdiyi 279 yaşayış binasında 22 min 322 mənzil elektron çıxarışla təmin olunub.