Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

YAP Mərkəzi Aparatında qanvermə aksiyası keçirilib

ID:

14.03.2024 17:15 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Orxan Kərimov

Martın 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının inzibati binasında qanvermə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiya YAP Mərkəzi Aparatı və Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə baş tutub.