Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

YAP Mərkəzi Aparatında növbəti qanvermə aksiyası təşkil edilib

ID:

24.10.2023 14:40 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Oktyabrın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının inzibati binasında qanvermə aksiyası keçirilib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aksiya YAP Mərkəzi Aparatı və Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə baş tutub.