Otuz il əvvəl ermənilərin törətdikləri Xocalı qətliamı ötən əsrin ən böyük faciələrindən biridir.
Bunu AZƏRTAC-a müsahibəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov deyib.
×
Otuz il əvvəl ermənilərin törətdikləri Xocalı qətliamı ötən əsrin ən böyük faciələrindən biridir.
Bunu AZƏRTAC-a müsahibəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov deyib. O qeyd edib ki, 30 il müddətində çox şey dəyişib, Azərbaycan hərtərəfli inkişaf edib. Bu inkişafın nəticəsi olaraq biz Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdik. “Torpaqlarımızı azad etməklə şəhidlərimizə, itirdiyimiz insanlara hörmətimizi ifadə etdik. Bu Qələbə ilə şəhidlərimizin intiqamı alındı, amma, eyni zamanda, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qan yaddaşımızı, düşmənlərimizin başımıza gətirdikləri hadisələri unutmamalıyıq. Qan yaddaşımızın xatırlanması üçün bugünkü gənclik növbəti nəsillərin bu istiqamətdə əsas təbliğatçılarından biri olmalıdır”, - deyə YAP Gənclər Birliyinin sədri qeyd edib.