Yanvar-iyul aylarında ölkəyə 27 mindən çox avtomobil idxal olunub
ID:
14.08.2020 12:50 / İQTİSADİYYAT
Cari ilin yanvar-iyul aylarında Azərbaycana 340 milyon 968 min ABŞ dolları dəyərində 27 min 792 avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 101-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 25 min 999-u əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 1615-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 77-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.
2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.