Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Xudafərin-Qubadlı- Laçın yolu 2024-cü ilin sonuna kimi tamamlanacaq

ID:

26.01.2024 11:25 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Arif Quluzadə

Xudafərin-Qubadlı-Laçın yolunun artıq yarısı tamamlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 26-da Qarabağ və Şərqi Zəngəzur bölgəsində üç mühüm avtomobil yolunun: Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, həmçinin Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yollarının tikinti layihələri üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) müzakirəsi ilə bağlı ictimai dinləmədə məlumat verilib.