Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb

ID:

24.07.2026 07:30 / CƏMİYYƏT

Foto– Səfiyar Məcnun

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu mərhələdə Xocalı rayonunun Xanabad kəndinə 10 ailə - 31 nəfər, Təzəbinə kəndinə 9 ailə - 39 nəfər, Badara kəndinə 6 ailə - 24 nəfər, Daşbulaq kəndinə 2 ailə - 7 nəfər, Seyidbəyli kəndinə 1 ailə - 5 nəfər, Ağdərə rayonunun Aşağı Oratağ kəndinə 10 ailə - 34 nəfər, Vəngli kəndinə 6 ailə - 26 nəfər, Həsənriz kəndinə 6 ailə - 17 nəfər, Kolatağ kəndinə 3 ailə - 19 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 12 ailə - 55 nəfər köçürülüb.