Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Vüqar Gülməmmədov: Fiskal dayanıqlılığa təsir edən amillər diqqətdə saxlanılmalıdır

ID:

10.11.2021 16:30 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Aydın Məmmədov

2022-ci ilin dövlət büdcəsinin tərtibi və strukturu ilə bağlı “Büdcə sistemi haqqında” Qanunun müəyyən etdiyi tələblər əsasən gözlənilib, dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim edilən sənədlərin siyahısı əvvəlki illərlə müqayisədə artırılıb, izahatlara daxil edilmiş məlumatların keyfiyyət və həcminin nisbətən yüksəldilməsi istiqamətində müsbət addımlar atılıb.