Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı” İctimai Birliyi “Virtual imkanlardan istifadə etməklə insan alveri ilə mübarizə sahəsində maarifləndirmə” adlı layihəyə start verib.
×

AZƏRTAC xəbər verir, layihə çərçivəsində sentyabrın 18-də “Saxta elanlara aldanma” adlı videoçarx təqdim olunub.
Qeyd edilib ki, layihənin əsas məqsədi virtual platformalarda insan alverinə qarşı mübarizənin təşkilidir. Layihənin icrası zamanı çəkilən qısametrajlı film insan alverinə qarşı mübarizə məqsədilə lentə alınıb və ssenarisi donor təşkilata təqdim olunub.
"Saxta elanlara aldanma” adlı filmin daha geniş arenada təbliği planlaşdırılır.
Tədbirdə bildirilib ki, insan alveri müasir dövrün ən aktual problemlərindən biridir. Bu yöndə sistemli qərarlar qəbul olunur və beynəlxalq təşkilatlar səviyyəsində iş aparılır. Həmçinin hesabatlar hazırlanır və mövcud vəziyyət təhlil olunur.
Bu istiqamətdə həyata keçirilən maarifləndirmədə aidiyyəti dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti də mühüm işlər görür.