Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Vətən müharibəsində görmə qabiliyyətini itirən qazilərə həsr olunan filmin nümayişi olub

ID:

13.11.2023 15:45 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlqar Cəfərov

Onların ikisi də möcüzə nəticəsində sağ qalıb. Hər ikisi 2020-ci ilin oktyabrında Suqovuşan uğrunda gedən döyüşlərdə erməni hərbi birləşmələrinin hücumunu dəf edərkən son nəfəsinə qədər vuruşub və hər ikisi düşmənin artilleriya atəşi nəticəsində ağır yaralanaraq dünyanın ən qiymətli neməti olan göz nurundan məhrum olub.