Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi olub, bir qrup jurnalist təltif edilib

ID:

21.06.2024 13:00 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

İyunun 21-də “İnsan hüquqları aylığı” ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, habelə KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.