Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

ID:

25.04.2024 12:35 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Aprelin 25-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, habelə media nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.