Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) növbəti konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda VK Rəyasət Heyətinin üzvləri ilə yanaşı, paytaxt və respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən vəkil qurumlarını təmsil edən nümayəndələr, fərdi qaydada fəaliyyət göstərən vəkillər olmaqla, ümumilikdə, 245 vəkil, habelə media nümayəndələri iştirak ediblər.
×

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. Sonra müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb, Kollegiyanın son illər ərzindəki fəaliyyətinə geniş şəkildə nəzər salıb, ölkəmizdə vəkillik institutunun keçdiyi tarixi inkişaf yolunu təhlil edib. Qeyd edib ki, ötən dövr ərzində vəkillik institutunun gücləndirilməsi, hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi və vətəndaşlar üçün əlçatanlığın təmin olunması istiqamətində ardıcıl və sistemli islahatlar həyata keçirilib. Görülən tədbirlər nəticəsində vəkillərin sayında əhəmiyyətli artım olub, onların peşəkar hazırlıq səviyyəsi yüksəldilib, davamlı tədris və ixtisasartırma mexanizmləri formalaşdırılıb və müasir tələblərə uyğun olaraq təkmilləşdirilib. Eyni zamanda, vəkillərin fəaliyyətinin şəffaflığının artırılması, peşə etikası qaydalarına əməl olunmasının gücləndirilməsi və institusional idarəetmənin modernləşdirilməsi sahəsində mühüm addımlar atıldığı vurğulanıb.