“Ələt Azad İqtisadi Zonasına yüksək əlavə dəyərli ixracyönümlü məhsul istehsal edən şirkətləri cəlb edirik.
×
“Ələt Azad İqtisadi Zonasına yüksək əlavə dəyərli ixracyönümlü məhsul istehsal edən şirkətləri cəlb edirik. Digər məqsədli müəssisələrin əraziyə buraxılmasına yol verilmir”.
AZƏRTAC xəbər verir ki, bunu Ələt-Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Ələt-Azad İqtisadi Zonasında yaşıllıqların götürülməsi, mühafizəsi və yeni yaşıllıq zolaqlarının salınmasına dair Dövlət Ekoloji Ekspertiza Agentliyi ilə birlikdə keçirilən ictimai dinləmədə deyib.
O bildirib: “Burada fəaliyyət göstərən müəssisələrdə istehsal olunan məhsulun 75 faizi xaricə ixrac olunmalıdır. Çünki ixrac olunursa, deməli, keyfiyyət var. Eyni zamanda, nəzərə almaq lazımdır ki, buradakı üstünlük və güzəştlərdən istifadə edən müəssisələr məhsulu Azərbaycan bazarına daha ucuz qiymətə çıxararsa, bu zaman buradakı müəssisələr rəqabətə dözə bilməyəcəklər. Ona görə belə bir şərt var. Əgər müəssisə istehsalının 75 faizdən az hissəsini xaricə ixrac edərsə, o zaman fəaliyyətini davam edəcək, lakin güzəşt və üstünlüklərdən azad olunacaq. Müəssisə avtomatik olaraq Azərbaycan müəssisəsi olacaq və bütün vergi rüsumlarını ödəyəcək. Rəqabət olacaqsa - ədalətli olacaq”, - deyə o qeyd edib.
V.Ələsgərov, həmçinin qeyd edib ki, burada müəssisə yaradan şirkətləri Azərbaycan müəssisələri ilə əlaqələndirməyə də çalışırlar.