Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş forum keçirilib

ID:

14.03.2024 17:50 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / İlkin Cavanşirov

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 15 mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş "Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivləri" mövzusunda forum keçirilib.