Mayın 10-da Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib.
×

AZƏRTAC xəbər verir ki, festivalda minlərlə tələbə gənclər iştirak ediblər.
Tədbirin əsas məqsədi gənclərə daim qayğı ilə yanaşan Ulu Öndərin xatirəsini yad etmək, gənclər üçün yaradılan imkanları diqqətdə saxlamaq, həmçinin ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrini bir araya toplayaraq onlar üçün stressdən kənar mühit formalaşdırmaq imkanı yaratmaq olub.
Festivalın açılışında ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış edərək dövlət gənclər siyasəti, tələbələr üçün yaradılan imkanlardan danışıb. Həmçinin Ümummilli Liderin və onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu gənclər siyasətinin mahiyyəti haqqında məlumat verib.