Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Ukraynada koronavirusla bağlı yeni antirekord: sutkada 1592 nəfər yoluxub

ID:

13.08.2020 12:00 / DÜNYA

Ukraynada son sutkada koronavirusa yoluxma hallarında yeni antirekord qeydə alınıb.

AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu ölkədə son sutkada 1592 nəfər koronavirusa yoluxub, 22 nəfər isə dünyasını dəyişib.