Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Ukraynada beynəlxalq rəsm sərgisində azərbaycanlı rəssamın əsərləri də yer alacaq

ID:

17.08.2020 14:15 / MƏDƏNİYYƏT

Ukraynada avqustun 17-dən başlayan beynəlxalq rəsm sərgisində azərbaycanlı rəssamın əsərləri də yer alacaq.

AZƏRTAC xəbər verir ki, soydaşımız Əsgər Cavadov Ukraynanın Vinnitsa şəhərində reallaşan ənənəvi beynəlxalq rəsm sərgisində iştirak etmək üçün keçirilən müsabiqədə qalib olub.