Pediatriya sahəsində çalışan həkimlərin ixtisas artımı üçün ildə 4 dəfə Azərbaycanın fərqli bölgələrində birgünlük kurs və onlayn formatda seminarlar keçirilməlidir.
×
Pediatriya sahəsində çalışan həkimlərin ixtisas artımı üçün ildə 4 dəfə Azərbaycanın fərqli bölgələrində birgünlük kurs və onlayn formatda seminarlar keçirilməlidir. Həkimlərin ixtisas artımına dəstək üçün bir sıra layihələrimiz var. Eyni zamanda bu sahədə ölkədaxili və xarici peşə cəmiyyətləri ilə birgə tədbirlərin təşkili vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Erkin Rəhimov birinci Milli Pediatriya Konqresində deyib.
Ölkədə səhiyyə sahəsindəki əsas problemlərdən danışan E.Rəhimov bildirib ki, “Həkimlərin bu sahədə öz peşə və bacarıqlarının artırılmasının qarşısında yaranan problemlərdən biri də tibb kitablarının bir çoxunun ana dilimizdə tərcüməsinin olmamasıdır. Bu kitablar tez bir zamanda tərcümə olunmalı və həkimlərin həmin kitablara əlçatanlığı təmin olunmalıdır.
O, həmçinin bildirib ki, ucqar bölgələrdə yaşayan uşaqların müayinə və müalicəsi üçün işçi qrupları yaradılacaq.